HASANLY

HASANLY İdman 29-10-2024, 15:07

"Mançester Yunayted" klubunu çalışdıracaq baş məşqçi bəlli olub

"Mançester Yunayted" klubunu çalışdıracaq baş məşqçi bəlli olub
"Mançester Yunayted" klubu "Sportinq"in baş məşqçisi Ruben Amorimlə razılaşıb.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, klubla məşqçi arasında danışıqlar, demək olar ki, başa çatıb. Tərəflər bütün əsas detalları müzakirə ediblər, razılaşdırılmalı olan bir neçə yekun məqam qalıb.

Eyni zamanda, Amorim elə indidən işə başlamağa hazırdır, lakin çalışdığı kluba hörmət edərək "Sportinq"ə təzyiq etməyəcək. Ona görə də "aslanlar" yeni məşqçi tapana qədər keçid yubanacaq.

Qeyd edək ki, "Mançester Yunayted" niderlandlı Erik ten Haqı istefaya göndərdiyini ötən gün rəsmən açıqlayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
256 261 211 266 227 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.