HASANLY

HASANLY Azərbaycan 3-11-2024, 12:40

Vətən müharibəsinin 38-ci günü: Ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur edilir

Vətən müharibəsinin 38-ci günü: Ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur edilir
2020-ci il noyabrın 3-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz səkkizinci günü.

Loading.Az xatırladır ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edir. Ağdam və Ağcabədinin kəndlərindəki mülki infrastrukturu, Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Zəngilanda yerləşən mövqelərimizi yenidən atıcı silahlar, minaatanlar və toplardan atəşə tutan düşmənə ağır zərbələr endirilir. Ağdərə, Ağdam və Xocavənd istiqamətində düşmən hücumunun qarşısı alınır. Ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur edilir.

Ermənistan ordusunun daimi dislokasiya məntəqəsində səngərlərdə və atəş mövqelərində, aralarında yüksəkrütbəlilərin də olduğu xeyli sadə canlı qüvvəsi məhv edilir. Gün ərzində Ermənistan ordusunun 4 Qrad yaylım atəşli reaktiv sistemi, 1 "KUB" zenit-raket kompleksi, 9 müxtəlif tipli topu, 2 sursatla dolu yük maşını, Xankəndi yaxınlığında 2 sursat anbarı, o cümlədən cəbhədə uçuş keçirməyə cəhd göstərən taktiki pilotsuz uçuş aparatı (PUA) sıradan çıxarılır. Xeyli sayda hərbi qənimət ələ keçirilir, legitim hərbi hədəfləri dəqiq atış zərbələri ilə darmadağın edilir.

Beləliklə, müharibənin 38-ci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
341 277 286 260 245 256

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.