HASANLY

HASANLY İdman 3-11-2024, 20:26

"Formula-1": Braziliya Qran-prisinin təsnifat yarışı keçirilib

"Formula-1": Braziliya Qran-prisinin təsnifat yarışı keçirilib
Bazar günü "Formula-1" çempionatının 21-ci mərhələsi - Braziliya Qran-prisində təsnifat mərhələsi baş tutub.

Loading.Az TASS-a istinadən xəbər verir ki, San-Pauludakı hava şəraiti ilə əlaqədar təsnifat şənbə günündən təxirə salınıb.

İlk sırada "McLaren" komandasının pilotu Lando Norris qərarlaşıb. "Mercedes"in nümayəndəsi Corc Rassel ikinci, "Red Bull"un yapon pilotu Yuki Tsunoda üçüncü yeri tutub.

Maks Ferstappen ("Red Bull") və Lens Strollun ("Aston Martin") qəzası nəticəsində trekdə qırmızı bayraqlar görünüb.

"Formula-1"in yeddiqat çempionu Lyuis Hemilton 16-cı nəticə nümayiş etdirərək birinci seqmentdən kənara çıxa bilməyib.

Seçmə yarışları zamanı həm "Aston Martin", həm də "Williams" pilotları qəzaya uğrayıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
312 243 257 259 226 298

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.