Khalifa

Khalifa Maraqlı 25-08-2017, 12:57

Yenidən

Yenidən
Yenidən


Təzə təzə tanımağa başlayarsan, sığınarsan ona kimsəsiz və əlacsız bir uşaq kimi. Qanayan yaranı ilk o sarıyar sözləri ilə. Ölən ümüdlərinə qızmar günəş altında ilk dəfə o su tökər. Qırılan xəyallarını uc uca gətirib o kips atar, yenidən insanlara inanmağa başlayarsan. Yenidən enişli yoxuşlu yollarda ümüdlə adımlayarsan. İlk anlarda belə baş verir bir insana bağlanmağ. Bütün bunlara baxmayaraq qorxarsan sevməyə. Sonu eyni olar deyə içində yaranan ülvi sevgini qəfəsdə saxlayarsan. Heç kim olmadığını düşündüyün anda çıxar qarşına tanımadığın biri, və hər şeyin olar. Qoxusuyla yatıb, səhəri zəngi ilə açarsan. Adımını atdığı hər yerdən uşaq kimi addımlayarsan. Yenicə daxilində çiçəklər pöhrələyər, hər kəsə səmimi gülüb xoşhbəxtlik saçarsan, amma demərsən sevdiyini. Yenə eyni səhər tələm tələsik görüşünə gedərsən. Söz verərsən özünə yolda gedərkən ki, bu gün ona sevdiyini söyləyəcəksən. İlk günki, kimi əsər əlin ayaqın, artar ürək döyüntülərin. Cümləyə səni sevirəmlə başlamaq istərkən səndən önə keçib söhbətə başlayar. Cibindən bir dəvətnamə çıxarıb "ən gözəl günümdə ən gözəl dostumu yanımda görmək istəyərəm" deyər. Bir anda qırılar bütün xəyalların, puç olar o təzə pöhrələyən gül baxçan. Ağlamaq istəyərsən, özünü ağlamamaq üçün dodaqlarını dişləyərsən. Əlində ölüm vərəqini sənə verib uzaqlaşar səndən. Bu bir növ doğulmamış uşaqın ana bətnində tələfi kimi bir şeydi dostum.


Redaktə etdi: Kukulka

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
492 467 461 439 542 483

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.