Diablo

Diablo Məşhurlar 19-11-2024, 21:00

Yeni İl' gecəsində türkiyəli məşhurların fantastik səhnə qiymətləri

Yeni İl' gecəsində türkiyəli məşhurların fantastik səhnə qiymətləri
2025-ci ilə girməyə sayılı günlər qalmış türkiyəli müğənnilərin konsert qiymətləri bəlli olub.
Take.az bir çox türkiyəli sənətçinin "Yeni İl" gecəsində səhnə alacağı məkanlardan qazanacağı məbləğlərin araşdırmasını təqdim edir:
31 dekabrda Kiprdə, 1 yanvarda isə Misirdə səhnə alacaq olan Hadisə 20 milyon lirə qazanacaq. Kiprdə səhnə müğənnilərdən Gülşen 8 milyon lirə, Ebru Gündeş: 10 milyon lirə, Sila 6 milyon lirə, Şevval Sam 3,5 milyon lirə, Özcan Dəniz 6 milyon lirə, Mustafa Sandal isə 5 milyon lirə gəlir əldə edəcək.
Diva Bülent Ersoy isə bu günü 6 milyon lirə qarşılığnda Almaniya səhnəsində qeyd edəcək.
Sibel Can və Hülya Avşar isə "Yeni il"i İstanbulda qeyd edəcəklər. Bu önəmli gündə Sibel Can 8 milyon lirə, Hülya Avşar isə 2 milyon lirə qazanacaq.
Yıldız Tilbenin seçimi isə paytaxt Ankara olub. Müğənni gecədən 7 milyon lirə gəlir əldə edəcək.
Daha çox turistlərin seçdiyi məkan olan Antalyada isə Candan Erçetin səhnə alacaq. O, bayram günü 5 milyon lirə pul qazanacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
264 262 242 238 286 250

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.