ice berg

ice berg Avto Dünya 8-12-2024, 16:30

Teslada yenilik - Nə zaman texniki xidmət tələb olunduğunu deyəcək

Teslada yenilik - Nə zaman texniki xidmət tələb olunduğunu deyəcək
Tesla şirkəti Model 3, Model Y, Model S, Model X və “Cybertruck” üçün 2024-cü ilin son yeniləməsini aktivləşdirib.

Loading.aZ xəbər verir ki, yeniləmə ilə Tesla avtomobilləri indi sizə nə vaxt təmir tələb olunduğunu göstərəcək.

2024 bayram yeniləməsi ilə avtomobillərə bir çox xüsusiyyət əlavə edilib. Model 3, Model Y, Model S, Model X və “Cybertruck” üçün gələn xüsusiyyətlər arasında texniki xidmət xüsusiyyəti xüsusi diqqəti çəkir.

Bu xüsusiyyət sayəsində Tesla avtomobilləri nə vaxt texniki xidmətə ehtiyacı olduğunu sizə xəbər verəcək.

Yeniləmə ilə Tesla avtomobilləri texniki xidmət əməliyyatlarının ən son nə vaxt edildiyi ilə bağlı məlumatları göstərəcək. Bundan əlavə, sürücüyə növbəti texniki qulluq əməliyyatının nə vaxt və hansı hissədə aparılacağı barədə də məlumat veriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
250 263 192 184 192 222

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.