ice berg

ice berg Kişilər 13-12-2024, 14:00

“Kişilər daim yeni həvəslərin axtarışında olurlar” - Psixoloq

“Kişilər daim yeni həvəslərin axtarışında olurlar” - Psixoloq
Müasir dövrün eybəcər reallıqlarından biri də xəyanətdir. Xəyanət boşanma səbəbləri arasında hətta ailədaxili şiddətdən sonra ikinci yerdədir.

Bəs, xəyanətin baş vermə səbəbləri nələrdir?

Loading.aZ xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ülviyyə Kərim bildirib ki, bir sıra faktor xəyanətin səbəbi kimi çıxış edə bilər:

“Ən başlıca səbəb xəyanət düşüncəsi ilə yaşamaqdır. “Emosional aclıq”, yəni sevgi hissinin əskikliyi də xəyanətin başlıca səbəblərindən biridir. Cinsi aspektdən baş verən xəyanətlərə daha çox kişilərdə rast gəlirik. Çünki kişilər daim yeni həvəslərin axtarışında olurlar”.

Psixoloq bildirib ki, kişilərdə və qadınlar xəyanətə fərqli baxış bucağından baxırlar:

“Qadınlar üçün yoldaşının sosial mediada başqa qadınla danışması xəyanətdir. Xəyanət ailədə baş verən elə situasiyadır ki, bu zaman ailə tamamilə dağıla, yaxud yenidən möhkəmlənə bilər. Bu, tərəflər üçün olduqca çətin mərhələdir. Xəyanət edən tərəfdə sonradan yaranan “peşmanlıq hissi” də olduqca ağır vəziyyətdir”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
282 286 263 226 209 298

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.