ice berg

ice berg İslam Dini 13-12-2024, 17:00

Ehsan nə deməkdir?

Ehsan nə deməkdir?
“Ehsan” (əslində “ihsan”) sözünün ərəb dilindən tərcüməsi “yaxşılıq” deməkdir. Ənənəyə əsasən başqasına edilən təmənnasız hədiyyəni, sədəqəni, ehtiyaclı insanlar üçün açılmış yemək süfrəsini ehsan adlandırırlar. Lakin dini anlamda Allahın razılığına səbəb olan bütün əməllər, xüsusilə, insanın başqalarına münasibətdə göstərdiyi hər cür xeyirxahlıq ehsan sayılır. Qurani-Kərimdə buyurulur: “Həqıqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurur, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir…” (Nəhl, 90). İslamda ehsan – həm Allah-Taəala tərəfindən öz bəndələrinə ünvanlanmış sonsuz nemətlər mənasında, həm də insanların bir-birinə münasibətdə nümayiş etdirdikləri qarşılıqlı yardım və qayğı anlamında başa düşülür: “Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et” (Qəsəs, 77).

İslam dini yaxşılığa pisliklə cavab verməyi böyük nankorluq sayır: “Yaxşılığın əvəzi ancaq yaxşilıqdır” (Rəhman, 60). Hətta pislik müqabilində də yaxşılıq etməyə, səhvləri bağışlamağa çalışmaq müsəlman əxlaqının özəl xüsusiyyətlərindən sayılır. Başqalarına yaxşılıq etmək xüsusiyyəti Allahın öz bəndəsində ən çox bəyəndiyi xasiyyətlərdəndir: “Yaxşılıq edin. Allah yaxşılıq edənləri sevər!” (Bəqərə, 195).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
391 371 261 329 334 273

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.