ice berg

ice berg Programlar 23-12-2024, 20:05

İstifadəçilərin NƏZƏRİNƏ: WhatsApp 8 gündən sonra bu telefonlarda işləməyəcək

İstifadəçilərin NƏZƏRİNƏ: WhatsApp 8 gündən sonra bu telefonlarda işləməyəcək
Meta 2025-ci il yanvarın 1-dən bəzi köhnə telefonlar üçün WhatsApp dəstəyini dayandıracaq.

Populyar mesajlaşma proqramı WhatsApp, yeni ilə girərkən bəzi istifadəçiləri üzəcək bir qərar verib.

Meta, 2025-ci il yanvarın 1-dən bəzi köhnə model telefonlar üçün dəstəyi dayandıracağını açıqlayıb. Bu qərar milyonlarla istifadəçinin “WhatsApp”la vidalaşmasına səbəb olacaq.

Şirkət bu yaxınlarda 2025-ci il yanvarın 1-dən etibarən tətbiqə daxil ola bilməyəcək modelləri paylaşıb.

Meta 2025-ci ildən etibarən bəzi Samsung, Motorola, HTC, LG və Sony modelləri üçün WhatsApp dəstəyini dayandırmaq qərarına gəlib.

Bu o deməkdir ki, Android, KitKat və ya köhnə versiyaları ilə işləyən modellər yanvarın 1-dən tətbiqə daxil ola bilməyəcək.

• Samsung: Galaxy S3, Galaxy Note 2, Galaxy Ace 3, Galaxy S4 Mini

• Motorola: Moto G (1st Gen), Razr HD, Moto E 2014

• HTC: One X, One X+, Desire 500, Desire 601

• LG: Optimus G, Nexus 4, G2 Mini, L90

• Sony: Xperia Z, Xperia SP, Xperia T, Xperia V

Bundan başqa, Apple tərəfində də oxşar vəziyyət var. Bu kontekstdə WhatsApp dəstəyi iOS 15.1-dən köhnə versiyalarla işləyən iPhone modelləri üçün 2025-ci ilin may ayında dayandırılacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
276 309 262 201 235 268

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.