ice berg

ice berg Kişilər 25-12-2024, 13:00

Bu hərəkətlər kişiləri ələ verir

Bu hərəkətlər kişiləri ələ verir
- Qaşlar həqiqətən ürəyin xəbərçisi ola bilərmi?

- Daim üzünə və ya stəkanına toxunursa, nə deməkdir?

- İlk görüşdə kişiləri ələ verən bədən hərəkətləri hansılardır?

Deyək ki, yeni birisi ilə tanış oldunuz və həyəcanverici görüş nəhayət baş tutdu. Ancaq qarşı tərəfin sizə qarşı nə hiss etdiyini anlamaqda çətinlik çəkirsiniz. Belə bir vəziyyətdə, yeganə çarəiniz qarşınızdakının bədən dilini düzgün anlamaqdır.

Əziz xanımlar, diqqətiniz bizdə olsun...

Loading.aZ Türkiyə mətbuatına istinadən təqdim etdiyi bu yazıda kişilərin nə demək istədiyini onların hərəkətlərindən anlayacaqsınız.

Üzünə toxunarsa, doğru yoldasınız

Qarşı tərəfin sizinlə maraqlandığından əmin olmaq istəyirsinizsə, əllərini izləyin. Gözlərini ovuşdurursa, qulaqlarına və ya saçlarına toxunursa, deməli hər şey qaydasındadır.

Darıxdığına görə stəkanı ilə oynamır!

Sizinlə söhbət edərkən stəkanı ilə oynayır? Narahat olmayın, bu cansıxıcılıq əlaməti deyil, sizi bəyəndiyinə işarədir. Bədən dili mütəxəssislərinə görə, bir kişinin bir qadınla qarşılaşdığı zaman fərqli əşyalarla oynamağa ehtiyacı varsa, bu qadını bəyəndiyini göstərir.

Qaşlar - ürəyin xəbərçisi...

Bədən dili mütəxəssislərinin fikrincə, kişilər bəyəndikləri qadınla danışarkən çox şən davranırlar. Zamanla əl və qol hərəkətləri də həddindən artıq ola bilər. Digər tərəfdən, daha az bilinən bir başqa ipucu da var: görüşdüyünüz insan qaşlarını davamlı yırğalayır və görüş zamanı gözlərini daha geniş göstərirsə, sevinə bilərsiniz. Onun sizdən xoşu gəlir!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
285 294 283 226 206 261

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.