ice berg

ice berg Adət-Ənənə 2-01-2025, 17:33

Yeni il gecəsi niyə insanlar stolun altında üzüm yeyirlər?

Yeni il gecəsi niyə insanlar stolun altında üzüm yeyirlər?
Dünyanın hər yerində insanlar yeni ilə girərkən uğurlar gətirmək üçün müxtəlif işlər görürlər.

Loading.aZ xarici mediaya istinadla xəbər verir ki, stolun altında üzüm yemək tendensiyası da onlardan biridir.

Məlumatına görə, bu, 20-ci əsrin əvvəllərində İspaniyada yaranan ənənəyə əsaslanır.

İspaniyada gecə yarısı kilsə zəngləri çalmağa başlayanda hər zəng üçün bir üzüm olmaqla 12 üzüm yemək ənənəsi var. Bu ənənə üzüm satmağa çalışan istehsalçılardan gəlir.

1909-cu ildə Alikantedə sata bildiklərindən daha çox üzüm yetişdirən istehsalçılar hər kəsi bu şəkildə üzüm yeməyə razı salmaqla həll yolunu tapıblar.

Bu ritualda saatın əqrəbləri gecə yarısını vurduqda hər zəngdə bir üzüm yeyilir və bir arzu edilir.

Bəzi insanlar bu ritualı stolun altında üzüm yeyərək yerinə yetirirlər. Bunun sevgi, bolluq və ya xoşbəxtlik kimi mövzulara bağlı bir arzunu gücləndirdiyi düşünülür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
406 425 413 349 334 384

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.