ice berg

ice berg İslam Dini 4-01-2025, 17:00

Niyə Kəbəyə “beytullah” – “Allahın evi” deyirlər?

Niyə Kəbəyə “beytullah” – “Allahın evi” deyirlər?
«Beytullah» sözünün ərəb dilindən tərcüməsi «Allahın evi» deməkdir. Bu söz hərfi mənada deyil, məcazi mənada başa düşülməlidir. Allah cism olmadığı üçün məkana sığışmaz və Onun evə ehtiyacı yoxdur. Lakin Kəbə sırf Allaha ibadət məqsədi ilə ziyarət edildiyi üçün Allah buranı özünə məxsus edib və öz evi adlandırıb. Qurani-Kərimdə buyurulur: «Ibrahimə və Ismailə də: «Evimi təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün təmizləyin!» – deyə tövsiyə etdik» (Bəqərə, 125). Quranın bəzi ayələrində Kəbə qısaca olaraq «beyt» (ev) adlandırılır: «Onu da yadına sal ki, Ibrahim və Ismail evin bünövrəsini ucaltdıqları zaman: «Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et. Sən doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!» – deyə, dua etdilər» (Bəqərə, 127). «Yadına sal ki, biz evi insanlar üçün savab və əmin-amanlıq yeri etdik» (Bəqərə, 125). Bəzi hədislərdə bütün məscidlər «Allahın evləri» adlandırılır: «Məscidlər Allahın yer üzərindəki evləridir. Səmadakı ulduzlar yer əhli üçün işıq saçdığı kimi, məscidlər də səma əhli (mələklər) üçün işıq saçır» (Həzrət Mühəmməd Peyğəmbər (s)).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
417 457 377 355 322 332

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.