ice berg

ice berg Programlar 28-01-2025, 13:00

Vatsapda yenilik

Vatsapda yenilik
Artıq 2023-cü ilin oktyabr ayından "Android" smartfonlarında birdən çox hesabdan istifadə etmək imkanı verən vatsap messenceri bu funksiyanı "Apple" cihazlarına da genişləndirməyə hazırlaşır.

Loading.aZ qafqazinfo-ya istinadən xəbər verir ki, "WABetaInfo"nun (WBI) məlumatına görə, artıq "iPhone" üçün çox istifadəçi dəstəyinin sınaqdan keçirilməsinə başlanılıb.

Vatsapın iOS 25.2.10.70 üçün beta versiyasında istifadəçilərə eyni cihazda, eyni vaxtda iki müxtəlif hesab ilə işləməyə imkan verən funksiya aşkar edilib.

Sınaq başa çatdıqdan sonra funksiya bütün dünya üzrə "iOS"da vatsap istifadəçiləri üçün əlçatan olacaq. Ekspertlər bunun bir neçə ay çəkə biləcəyini təxmin edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 343 244 213 244 264

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.