ice berg

ice berg Programlar 30-01-2025, 17:00

Bir telefonda bir neçə WhatsApp hesabı olacaq

Bir telefonda bir neçə WhatsApp hesabı olacaq
WhatsApp yaxın zamanda iOS istifadəçilərinə bir cihazda bir neçə istifadəçi hesabından yararlanmaq imkanını verəcək.

Loading.aZın xarici KİV-ə istinadən məlumatına görə, belə ki, messencerin iOS üçün nəzərdə tutulmuş beta versiyasının son yenilənməsi istifadəçilərə bu cür imkanı təqdim edir.

WhatsApp-ın Android üçün nəzərdə tutulmuş versiyasında isə bu imkan 2023-cü ildən aktivdir. Sözügedən funksiya iki nömrənin olduğu halda müxtəlif istifadəçi hesabları üçün iki ayrı-ayrı messenceri istifadə etmək əvəzinə onların sahib olduqları yazışmaları bir tətbiq çərçivəsində saxlamaq imkanını verir. Messencerin iOS üçün nəzərdə tutulmuş 25.2.10.70 nömrəli beta versiyasında istifadəçilər ikinci hesabın necə daxil edilməsini seçə bilərlər. Sözügedən yeni funksiya messencerin iOS versiyası üçün yaxın zamanda istifadəyə veriləcək yenilənmələrdən birində aktiv olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
287 250 249 222 208 193

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.