AzizA

AzizA Programlar 4-02-2025, 13:30

“iPhone” istifadəçiləri üçün pis xəbər - Süni intellektli Siri təxirə salındı

“iPhone” istifadəçiləri üçün pis xəbər - Süni intellektli Siri təxirə salındı
”Apple” CEO-su Tim Kuk, “Apple Intelligence”in inkişaf etmiş Siri xüsusiyyətinin 2026-cı ilə qədər hazır olmaya biləcəyini açıqlayıb.

Loading.az xəbər verir ki, “Apple” istifadəçiləri “iPhone 16” seriyası ilə təqdim edilən “Apple Intelligence” süni intellekt platformasının bütün xüsusiyyətlərinin istifadəyə verilməsini gözləyirlər.

Bununla belə, “Apple” CEO-su Tim Kuk, “Apple Intelligence”in ən vacib xüsusiyyətlərindən biri olan yeni Sirinin 2026-cı ilə qədər təxirə salına biləcəyini açıqlayıb.
“Apple” firması Sirini süni intellektlə gücləndirərək onu daha ağıllı və bacarıqlı hala gətirməyi hədəfləyir.

Qeyd edək ki, yeni Siri, istifadəçilərin suallarını daha yaxşı başa düşə, tapşırıqları yerinə yetirə və müxtəlif proqramlar arasında keçid edə biləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
275 308 220 247 233 288

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.