ice berg

ice berg Ana və uşaq 5-02-2025, 15:00

Uşağınızı uğurlu və xoşbəxt yetişdirmək üçün 5 ifadə

Uşağınızı uğurlu və xoşbəxt yetişdirmək üçün 5 ifadə
Hər bir uşaq ana və atasının sevgi və dəstəyini hiss etməlidir. Valideynlərinin dəstəklənmədiyi uşaq isə çətin ki, böyüyüb uğurlu insan olsun.

Loading.aZ ın xarici mediaya istinadla məlumatına görə, övladınızın istedadını tam üzə çıxarmasını, özünü xoşbəxt hiss etməsini istəyirsinizsə, onunla düzgün ünsiyyət qurun.

Bunun üçün hər gün istifadə edə biləcəyiniz 5 ifadə var.

"Biz həmişə yanında olacağıq"

Uşaq ana və atanın qeyd-şərtsiz dəstəyinə şübhə etməməlidir.

"Biz sənə inanırıq"

Uşağınızın çətinliklərin öhdəsindən gəlməyə və fəaliyyətlərdə ciddi nəticələr əldə etməyə qadir olduğuna inam nümayiş etdirin.

"Səhv etməkdən qorxma!"

Bir çox insan “səhv bir şey etmək” qorxusundan uğur qazana bilmir.

Uşağınızın addım atmaqdan qorxmaması üçün mümkün olan hər şeyi edin. Əgər düzəldilə biləcəksə, səhvlərin yaxşı olduğunu izah edin.

"Təslim olma!"

Oğlunuza və ya qızınıza çətinliklərə baxmayaraq irəli getməyi öyrədin.

Uşağınıza bunu təlqin edin: “Uğursuzluq təslim olmaq üçün səbəb deyil”.

"İcazə ver səni qucaqlayım"

Qucaqlaşmalar sevgi və məhəbbət göstərmək, həmçinin dəstəyi nümayiş etdirmək üçün yaxşı bir yoldur.

Valideynlərinin tez-tez qucaqladığı uşaqlar xoşbəxt və inamlıdırlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
307 345 215 231 213 234

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.