AzizA

AzizA Hamiləlik 9-03-2025, 16:30

Hamiləliyin ilk aylarında az, lakin tez-tez yemək niyə vacibdir?

Hamiləliyin ilk aylarında az, lakin tez-tez yemək niyə vacibdir?
Hamiləlik dönəmində az və tez-tez yemək çox önəmlidir. Gündə 3 dəfə əsas yemək olmaqla yanaşı, 3 dəfə də ara vaxtlarda qidalanmağa icazə verilir. Ara vaxtlarda yeyilən az miqdarda qidalar metobolizmanın sürətlənməsinə səbəb olur və çəki artımının qarşısını alır. Eyni zamanda bu yolla hamiləlik dönəmində yaşana biləcək şişkinlik, mədə bulantısı, mədə yanması, qəbizlik kimi narahatlıqları minimuma endirmiş olursunuz. Baş ağrısı və duyğusal dəyişkənliklərin də qarşısı alınır. Lakin hər bir halda yeyiləcək qidanın özü və miqdarı çox önəmlidir. Hər əsas və ara yemək zamanı meyvə və tərəvəz yeyilməsinə diqqət edilməlidir. Kalorisi az, faydalılıq dəyəri yüksək olan qidalar seçilməlidir. Məsələn, 25 qramlıq protein əldə etmək üçün 1 dolu stəkan püstə də yemək olar (715 kalori) və ya 120 qramlıq hind toyuğu əti yemək olar (120 kalori). Kalori dəyərlərinə nəzər yetirsək, hind toyuğunun faydalılıq dəyəri daha yüksək hesab olunur. Monoton qidalanmamaq üçün qida rasionunda fərqlilik yaratmağı da unutmamaq lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
536 472 342 359 342 407

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.