AzizA

AzizA Programlar 10-03-2025, 16:30

Azərbaycanda “Apple Pay” və “Google Pay” vasitəsilə ödənişlər 2 dəfə artıb

Azərbaycanda “Apple Pay” və “Google Pay” vasitəsilə ödənişlər 2 dəfə artıb
Ötən il Azərbaycanda "Apple Pay" və "Google Pay" vasitəsilə aparılan ödənişlərin sayı və həcmi 2023-cü illə müqayisədə 2 dəfə artıb.

Məlumata görə, hesabat dövründə istifadəçilər tərəfindən POS-terminallar vasitəsilə aparılan hər 3 təmassız ödənişdən 1-i məhz "ağıllı cihaz"lar vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, hesabat dövründə ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2023-cü il ilə müqayisədə 8.6 faiz bəndi artaraq tarixi maksimuma çatıb və 64.2% olub.

Xatırladaq ki, ötən il ərzində Milli ödəniş sistemi vasitəsilə emal olunan əməliyyatların həcmi 760.2 milyard manat olmuş və ÜDM-in 6 mislini təşkil edib. Gündəlik ödənişlərin həyata keçirilməsində istifadə olunan əsas ödəniş alətini debet və kredit kartları təşkil etmiş və bu kartlarla ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2023-cü illə müqayisədə 61% yüksələrək 78.9 milyard manat olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
302 342 215 218 222 199

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.