Bizim üfüqdə günəş çıxmır

Bəzən evdəki əşyaların yerini unudacaq qədər qırılırsan. Evdə sadəcə boş boş hər deyilənə 'hə' və yaxud da 'yox' cavabı verib robot kimi fırlanmağa başlayırsan. Çünki qırğınsan və daha pisi səni qıranın bundan xəbəri belə yoxdu. İnsanlara lazımsız bir əşya kimi davranmağdan əl çəkin məncə. Qırdığınız boşqab deyil, fincan deyil insandı. Ancaq sizin qırılacaq qəlbiniz varmış kimi davranmaqdan əl çəkin. Hər gördüklərini təmir etməyə başlayan dayılar kimi aparmayın özünüzü. Sökdüyünüz fen, tv, radio deyil. İnsanları dağıdırsınız, hissələrə bölürsünüz sonra yığa bilmirsiz. Yazıq olur, etməyin.
Bir intihar düşün səbəbi sən. Sən, sən, sən, sən.. Vicdan əzabı, qışqırıqlar, ola bilməz bağırtıları eşidirəm. Mən neçə dəfə intihar etdim bilirsən? Yoruldum həmdə çox. Onu üzdülər, oda səni üzdü, sən də məni üzdün. Amma mən sonra kimsəni üzə bilmədim. Zəncir mən də qopdu və gəlib əl qolumu bağladı. Ağrılar deyirəm daha dərindən hiss edilmək üçün yaradılmamalıydı. Poyraz deyir ki, - ''Biz hep mutsuz olduk ve ben o mutsuzluğa aşık olacağımdan korkuyorum.'' Sənsizliyə alışıb yoxluğuna aşiq oldum kimi boş söz deyil bu. 'Mutsuzluğ'.. İndi 9 hərf amma böyük dərin bir məna kimi axmaq sözlər işlədəcəyimi düşünərək bəlkədə bu yazını tam oxumayacaqsınız. Amma olsun, intihar məktubları tam oxunulmaz onsuzda. Sonuna qədər ya anan oxuyar ya atan ya qardaş bacın yada səni çox sevən biri. Nə qəribə mənim intihar məktubum tam oxunulmayacaq. Məktub belə olmayacaq. Çox insanın sadəcə çox sevdiyi yazılardan biri olacaq bəlkə də o belə olmayacaq kim bilir.. Aldığım hər nəfəs ürəyimi bulandırır. Tanrım deyirəm 'Tanrım yaxşı deyiləm bir az insaf' deyirəm. O belə duymur. Göylər çox səssizdi bilirsən? O isə mən səs istəyirəm, cavab istəyirəm. Səssizlik hüzur olmaqla yanaşı ölüm səbəbi olur. Hər kəsin hər şeyini mənə danışıb özünü dünyanın ən dərdli insanı kimi aparmasından bezdim. İndi sizə altından xətt çəkiləcək bir cümlə yazsam onu belə dəyərləndirməzsiniz, niyə? Çünki ən çox sevdiyiniz oyuncağı valideynləriniz alıb əlinizə vermiyib. Allahın cəzaları dərd danışacağınıza bir az dərd danışdırardınız. Ya sən.. Sən adam sənn. Nə etdin xəbərin var mı? Hər kəsin yanında başı aşağı gəzdim mən sənin üzündən. İnsanların 'O səni sevmir vazkeç' sözlərini eşitməyə məcbur qaldım. Mən onlara yox məni çox sevir deyə bəhanələr axtararkən hardaydın?! Dünya deyirəm çox ədalətli ölüm ayağında anlayır bunu insan. Yaxşı sən də haqlısan ölüm çarə deyil amma bəzi çarələr olmadıqlarında daha gözəldilər. Hə birdə bir az oyuncaqlarınızı kənara atında diqqətli olun. İndi sizə altından xətt çəkiləcək bir cümlə yazacam, alın buyurun. Yox yada boş verin siz onsuzda üstündən xətt çəkəcək bir şey taparsınız. Və sən o vicdan əzabını, bağırtıları, qışqırıqları bir kənara at. Olanla ölənə çarə yox eşitmədin mi heç?
Bəzi ağrılar baş döndürür eynən içkilərdə ki, kimi. Bəzi ağrılar çəkilməz gəlir ama çəkilir. Çünki başqa yolu yoxdu. Heç 'mən elə bir şeyə dözə bilmərəm' dediyiniz anlar oldu mu? Mənim oldu və olmaqda davam edir. Ən pisi, ən pis nə varsa yaşadım. Ahmet Mümtaz Taylanın bir sözü var deyir ki, ''Kötü gidiyor her şey. Bundan daha kötüsü olamaz diyorum, oluyor.'' Bəzi ağrılara çiçək düzmək gərək, gərək ki, onlarda var olduqlarını hiss etsinlər. Çünki ağrılarında var olduqlarını hiss etmələrinə ehtiyac var çünki hiss etmədikləri zaman insanın canını daha çox yandırırlar boşluğa düşürsən. Buda keçər dediyim amma ilk günki kimi yaşadığım ağrılarım çoxdu. Pula satsam milyarder olaram. Heç 'Allahım kömək elə' deyə bağırmaq istədiyiniz oldu mu? Mənim oldu və olmaqda davam edir. (Mən bilirəm ancaq dar gündəki duadan utanmaq nədir.) Heç keçməyəcək hə? deyə sual verirəm bəzən özümə. Özüm özümlə dərdləşirəm və bir yanım ölmüş yanıma son bir nəfəs daha alsın deyə ümid verir. Deyir ki, 'Keçəcək, hər şey keçəcək. Bir gün xoşbəxt olacaqsan inan mənə!' Elə hökmlə deyir ki, bunu özümün inanmağı gəlir. İnsan özünü yalanlara inandırmadan yaşaya bilməz deyirlər yalan deyirlər. Ömrüm boyu həqiqətləri qəbul edərək yaşadım təbii buna yaşamaq deyilərsə amma yaşadım. Bir söz var tez tez deyirsiz 'Zaman unutdurmur filan etmir' deyə. Zaman unutdurur yalan danışmayın. İzi qalsada, ara sıra yada salıb göz yaşınızı silsəniz də zaman unutdurur zamanla. Hə yox mən unutmadım hələ də eyniyəm deyirsənsə o zamanın deyil sənin unutmaq istəməyən ürəyinin problemidir əzizim. Cavab vermir deyə hər zaman dünyanı, zamanı və bəzi susqun insanları günahkar bilməkdən vazkeç. Çünki bəzən zaman, intiqam almaq üçün bəzi ağrıları sənə verib başıvı döndürür.