ice berg

ice berg Programlar 20-03-2025, 14:00

"Google” Novruz bayramına “doodle” həsr etdi

"Google” Novruz bayramına “doodle” həsr etdi
ABŞ-ın transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Novruz Bayramı münasibətilə "doodle" hazırlayıb. Loading.aZ xəbər verir ki, axtarış sisteminin əsas səhifəsində istifadəçilər üçün Novruz bayramı ilə bağlı görüntü yerləşdirilib və bayramın simvolları, Kosa, səməni, habelə baharın gəlişi, ağacların çiçək açması, qaranquşların gəlişi əks olunub. Onun üzərinə klikləməklə Novruz bayramı ilə bağlı məlumatları əldə etmək mümkündür.

Qeyd edək ki, bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir. Yaz fəslinin Azərbaycana daxil olması Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. 2009-cu il sentyabrın 30-da UNESCO Novruz bayramını qeyri-maddi mədəni irs siyahısına daxil edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
768 811 232 223 275 229

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.