ice berg

ice berg İdman 3-04-2025, 19:00

Joze Mourinyonun qovulacağı İDDİASI

Joze Mourinyonun qovulacağı İDDİASI

İdman şərhçisi Serdar Ali Çelikler "Qalatasaray"ın "Fənərbaxça"ya 2:1 hesabı ilə qalib gəldiyi Ziraat Türkiyə Kuboku 1/4 final oyununu dəyərləndirib. 

 

Loading.aZın xarici KİV-ə istinadla xəbərinə görə, "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu sərt tənqid edən Çelikler deyib: "Fənərbaxça fırtına öncəsi sakitlikdədir, bu susqunluq yaxşı heç nə vəd etmir. Heyət və ya məşqçi dəyişikliyi gözləyirəm".

 

Çeliklərin “Fənərbaxça”-“Qalatasaray” derbisi ilə bağlı qiymətləndirmələri belədir: "Bu gündən etibarən "Fənərbaxça"da Mourinyo dövrü iflas etdi. Nə demək istəyirsən? Rəqib məşqçiyə hücum edirsən. Çıxın gedin bu ölkədən. Ona təzminat verin. Okan Buruk səni Kadıköydə əzdi, iki dəfə qazandı bi dəfə heç-heçə etdi”.


Onun sözlərinə görə, “Qalatasaray” əslində normal şəraitdə bu oyunu 6-1, 7-1 bitə bilərdi: “Hətta 2-1 hesabı ilə başa çatması da möcüzədir. 

 

“Qalatasaray” 99 faiz çempion oldu. 90 faiz iki kubok qazanacaq. “Beşiktaş” qarşılaşdığı ilk 5 komandadan 16 xal, siz isə 4 xal qazandınız. Utanc verici səhnə. "Fənərbaxça"nın prezidenti olmaq part-time iş deyil. Ali Koç bunu nəzərə almalıdır”.

 

Onun fikrincə, Okan Buruk çox ciddi kredit qazanıb: “Joze Mourinyonu Okan hoca əzdi. İsmail Kartal belə çempion ola bilmədi, amma bu qədər də baş əymədi.

 

Joze Mourinyo iflas edib. Okan Buruk bu mövsüm Joze Mourinyonu pərişan edib. Okan Buruk Joze Mourinyonu "'Loser one" edib".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
228 243 242 251 213 258

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.