ice berg

ice berg Avto Dünya 3-04-2025, 22:00

2025-ci ildə ən populyar olan avtomobillər - SİYAHI

2025-ci ildə ən populyar olan avtomobillər - SİYAHI

2025-ci ilin fevral ayında qlobal avtomobil bazarında gözlənilməz dəyişikliklər baş verib: Ford F-Series 4 pillə irəliləyib və bu illərdə ilk dəfə olaraq “Toyota Corolla”nı keçərək dünyada ən çox satılan model olub. 

 

Loading.aZın xarici mediaya istinadla xəbərinə görə, Tesla Model Y isə azalan tələb və infrastruktur problemləri səbəbindən mövqelərini itirməkdə davam edir.

 

162 ölkədən olan məlumatları əhatə edən unikal hesabat ənənəvi benzin və dizel modellərinin davamlı üstünlüyünü üzə çıxarır, baxmayaraq ki, yeni elektrik avtomobilləri tədricən inkişaf edir. Bununla belə, BYD və Tesla kimi markalar qeyri-sabit şarj infrastrukturu və təchizat zəncirində çətinliklərlə üzləşərək qlobal bazarda böyümələrini yavaşladır.


Dünyada ən çox satılan 10 model (fevral 2025)

 

1. Ford F-Series - 198 557 satış (+91,1 faiz).

 

2. Toyota RAV4 - 189 392 (+20,6 faiz).

 

3. Toyota Corolla - 171 279 (-4,6 faiz).

 

4. Honda CR-V - 134 453 (+8,8 faiz).

 

5. Toyota Camry - 103 156 (+17,7 faiz).

 

6. Kia Sportage - 96 508 (+5,7 faiz).

 

7. Tesla Model Y - 95 956 (-41,8 faiz).

 

8. Hyundai Tucson - 92 329 (-4,5 faiz).

 

9. Toyota Hilux - 87 768 (+0,1 faiz).

 

10. Toyota Yaris - 84 877 (+6,1 faiz).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
254 224 237 247 228 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.