ice berg

ice berg Evlilik 13-04-2025, 19:00

Evliliyin gizli zərəri üzə çıxıb..?

Evliliyin gizli zərəri üzə çıxıb..?

Evli olmaq yaşlılıqda demans inkişaf riski ilə əlaqələndirilə bilər. Florida Dövlət Universiteti və Montpellier Universitetinin alimləri belə nəticəyə gəliblər.

 

Loading.aZın məlumatına görə,18 illik tədqiqatın nəticələri “Alzheimer's & Dementia” jurnalında dərc olunub.

 

Tədqiqatda demans əlamətləri olmayan 24 000-dən çox yaşlı insan iştirak edib.

 

Onlar hər il Milli Alzheimer Xəstəlikləri Koordinasiya Mərkəzinin proqramının bir hissəsi kimi yoxlanılırdı.

 

Məlum olub ki, evli olanların 21,9 faizində demans inkişaf edib.

 

Dul qadınlar arasında da bu göstərici eyni olub, boşanmış insanlar arasında isə cəmi 12,8 faiz…

 

Heç vaxt ailə qurmayanlar arasında isə bu rəqəm 12,4 faiz təşkil edib.

 

Yaş, cins, təhsil, sağlamlıq vəziyyəti, pis vərdişlər və genetik amillər nəzərə alındıqdan sonra belə, evli iştirakçılar arasında demans riski daha yüksək olaraq qalıb.


Bu xüsusilə Alzheimer xəstəliyi və Lewy bədən demansı üçün doğru idi.

 

Tədqiqatçılar vurğulayırlar ki, bu tapıntılar evliliyin koqnitiv pozğunluqlardan qoruduğuna dair məşhur inancla ziddiyyət təşkil edir.

 

Niyə subay və boşanmış insanların demans inkişaf etdirmə ehtimalının daha az olduğu hələ də aydın deyil.

 

Tədqiqatçılar səbəbin ya həyat tərzi, ya da psixo-emosional vəziyyətin xüsusiyyətləri ola biləcəyini irəli sürürlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
272 307 280 234 272 305

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.