AzizA

AzizA Texnologiya 16-04-2025, 12:45

Qatlanan "iPhone" nə vaxt buraxılacaq?

Qatlanan "iPhone" nə vaxt buraxılacaq?

Qatlanan ilk "iPhone" modelində yalnız "Samsung Display" panelləri istifadə olunacaq

Loading.Az xəbər verir ki, media və bloqerlər tərəfindən "iPhone Fold" adlandırılan "Apple"ın ilk qatlanan smartfonu yalnız "Samsung Display" şirkəti tərəfindən təmin edilən OLED panellərlə təchiz ediləcək. Bu barədə məlumat "Business Korea" nəşrinə istinadən yayılıb.

"Apple"ın yalnız bir təchizatçı - "Samsung Display" ilə işləmək qərarı diqqət çəkib. Belə ki, şirkət adətən xərcləri azaltmaq və keyfiyyəti sabit saxlamaq üçün bir neçə təchizatçı ilə əməkdaşlıq etməyə üstünlük verir.

Məlumata görə, "Apple" "LG Display" və Çin istehsalçısı BOE şirkətinin ekran panellərindən imtina edib.

Bildirilir ki, qatlanan "iPhone"un ekran ölçüsü qapalı vəziyyətdə 5.5 düym, açıq vəziyyətdə isə 7.8 düym olacaq. Daxili məkana qənaət etmək məqsədilə "Apple" bu modeldə "FaceID" texnologiyasından imtina edərək, "TouchID"ni yan düyməyə inteqrasiya etməyi planlaşdırır.

Qatlanan "iPhone"un 2026-cı ilin sonunda təqdim ediləcəyi gözlənilir. Lakin cihazın ilkin tədarük həcmi hələlik təsdiqlənməyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
261 214 264 233 276 253

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.