HASANLY

HASANLY İdman 1-05-2025, 15:13

Lamin Yamal iki rekorda imza atdı

Lamin Yamal iki rekorda imza atdı

"Barselona"nın 17 yaşlı cinah futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının (ÇL) yarımfinalında "İnter"lə ilk oyunun 24-cü dəqiqəsində qol vurmaqla iki rekorda imza atıb.

Loading.Az "Opta Sports"a istinadla xəbər verir ki, gənc ispaniyalı ÇL-nin 1/8, 1/4 və 1/2 final mərhələlərində 20 yaşa qədər qol vuran ilk futbolçu olub.

Bundan başqa, Yamal turnirin tarixində yarımfinal mərhələsində qol vuran ən gənc futbolçu adını qazanıb ( 17 yaş 291 gün).

O, "Monako"nun heyətində qol vuran fransız futbolçu Kilian Mbappenin rekordunu (18 yaş 140) təzələyib.

Ümumilikdə ispaniyalı cari ÇL mövsümündə 12 matçda beş qol vurub və dörd məhsuldar ötürmə verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
239 240 218 250 240 247

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.