cabir

cabir Məşhurlar 13-05-2025, 16:00

Məşhur müğənni Vəfanı məhkəməyə verir

Məşhur müğənni Vəfanı məhkəməyə verir

Müğənni Vəfa Şərifova məhkəməyə verilir.     Sun.Az       

xəbər verir ki, verilişlərin birində qonaq olan ifaçı bu barədə elə efirdə agah olub.

Belə ki, Şərifovanı həmkarı Vüsal Əliyev məhkəmə ilə hədələyib. Onu Vəfanı qanun qarşısında cavab verməyə dəvət etmək istəyi isə onların duet oxuduqları "Ömrüm" mahnısı ilə bağlıdır.

Aralarında yaranan soyuqluq səbəbindən Vüsal Əliyev sənətçiyə sözügedən mahnını təklikdə oxumasını qadağan edib.

Vəfa isə onunla birgə konsertdə səhnəyə çıxa bilməməsinə görə qarşı tərəfin belə reaksiya verdiyini bildirib:

"Həmin konsertin vaxtını öncədən razılaşdığımız müddətə qədər mənə bildirməli idi. Gördüm ki, xəbər çıxmır. Mən də həmin vaxta toy götürdüm. Başqa xanımla səhnəyə çıxacağını bilirəm. Konsert vaxtını mənə gec məlumat verdi".

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
322 302 347 273 287 314

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.