AzizA

AzizA Moda.Dəb 30-05-2025, 09:30

50 yaşdan yuxarı qadınların geyinməməli olduğu PALTARLAR

50 yaşdan yuxarı qadınların geyinməməli olduğu PALTARLAR

Paltar hər bir qadının qarderobunda əvəzolunmaz geyimdir. Çünki bu geyim qadınları hər yaşda qüsursuz və cazibədar göstərir.

50 yaşdan yuxarı qadınlar üçün geyinmək olmaz dedikləri paltarlar

Stilistlər 50 yaşdan yuxarı qadınlara bu paltarlardan birdəfəlik imtina etməyi tövsiyə edirlər. Çünki onlar ümumi görünüşü gülünc edir və bədən qüsurlarını vurğulayır.

Üfüqi zolaqlı paltarlar

Bu model fiquranı daha enli göstərir və artıq çəki əlavə edir, hətta çəkisiz qadınlarda belə. Üstəlik, üfüqi zolaqlar ayaqları qısaldır və bu, fiquranın görünüşünə mənfi təsir edir. Ona görə də bu cür geyimləri qısa boylu qadınların geyinməsi tövsiyə olunmur. Əksinə, şaquli zolaqlar fiquranı uzadır və ayaqların gözəlliyini vurğulayır, ona görə zolaqlı naxış sevən qadınlar belə modellərə üstünlük verməlidir.

Qısa paltarlar

Yetkin qadınlar bu cür paltar geyinməməlidir, çünki onlar dizləri açır, bu isə yaş göstəricisidir. Cazibədar görünmək istəyirsinizsə, stilistlər dizdən bir qədər aşağı, bədənə oturan paltarları seçməyi məsləhət görürlər. Bu modellər ümumi obrazı zərif və heyranedici edəcək.

"Yırtıcı" naxışlı paltarlar

Nədənsə, zərif yaşlı qadınlar heyvani naxışları çox sevirlər. Düzdür, onlar zaman-zaman dəbə qayıdır, amma 50 yaşdan yuxarı qadınlar bu cür qəşəng, amma ehtiyat tələb edən geyimlərə diqqətlə yanaşmalıdır. Çünki bu naxışlar əsasən 30+ yaşlı qadınlara uyğundur. Əgər leopard naxışını ümumi obrazınıza əlavə etmək istəyirsinizsə, moda ekspertləri onu aksesuarlar – çanta, şərf, eynək və ya bilərziklərlə vurğulamağı tövsiyə edirlər.

Geniş (torba tipli) paltarlar

Əksər yetkin qadınların sevimli geyimlərindən biri. Stilistlər sərbəst kəsimli paltar geyinməyi qadağan etmirlər, amma onlar düz kəsimli və keyfiyyətli materialdan hazırlanmış olmalıdır. Belə paltar formasını yaxşı saxlayacaq və ilk yuyulmadan sonra əskiyə dönməyəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
184 184 199 192 194 219

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.