weher uwagi

weher uwagi Məşhurlar 30-05-2025, 17:10

Fikrət Sadıq – 95

Fikrət Sadıq – 95

Şair, publisist, ssenari müəllifi, kino redaktoru, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1990) olan Sadıqov Fikrət Abbas oğlu 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Müxtəlif sahə və peşələrdə çalışdıqdan sonra 1956-1961-ci illərdə ADU-nun Filologiya fakultəsində təhsil almışdır.

Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyil etmişdir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir (1974–1983). Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olmuşdur (1961–1975).

Azərbaycan yazıçılarının VII–VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Əməkdə igidliyə görə" medalı ilə (1986) təltif olunmuşdur. Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləmişdir (1975-ci ildən). 2002-ci ildən prezident təqaüdçüsü olub. 16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat etmişdir. Yazıçı, ssenarist, rejissor, jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun atasıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 208 196 186 192 183

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.