AzizA

AzizA Dəri və saç 3-06-2025, 10:30

Saç yuyarkən suyun temperaturuna diqqət edin

Saç yuyarkən suyun temperaturuna diqqət edin

Saçınızı çox isti su ilə yumaq düşündüyünüzdən daha zərərlidir. Bu, təkcə saçlara deyil, həm də dəriyə mənfi təsir göstərə bilər.

Məşhur stilist və saç baxımı üzrə mütəxəssis Rossano Ferretti saç yuma zamanı ideal su temperaturunu açıqlayıb.

Aparılan araşdırmalara görə, isti duşlar qan təzyiqini artıra, dərinin təbii nəmini azalda və nəticədə dəri quruluğu, qaşınma, ekzema və sədəf kimi problemlərin kəskinləşməsinə səbəb ola bilər.

Rossano Ferretti bildirir ki, saçların yuyulması üçün ideal su temperaturu 37-40,5°C arasında olmalıdır. Bu, bədən temperaturuna yaxın və bir qədər yüksək göstəricidir.

Mütəxəssis həmçinin şampun və kondisionerdən sonra saçların sərin su ilə yaxalanmasını tövsiyə edir. Bu üsul saçlarda nəmliyi qorumağa, qırılmaların qarşısını almağa və daha parlaq görünüş əldə etməyə kömək edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
225 277 228 260 249 240

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.