Amerikalı aktyor Conatan Cossu qonşusu güllələdi
Amerikalı kino və dublyaj aktyoru Conatan Coss qonşusu ilə mübahisə zamanı güllələnərək həyatını itirib.
“Aktror Conatan Coss Texas ştatında qonşusu tərəfindən güllələnərək ölüb”, – deyə xəbərdə qeyd edilib.
Polis və hadisə şahidlərinin sözlərinə görə, Coss qonşusu ilə mübahisə edib. Mübahisə zamanı qonşu odlu silahdan istifadə edərək ona atəş açıb və avtomobillə hadisə yerindən uzaqlaşıb. Daha sonra şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.







