HASANLY

HASANLY Texnologiya 4-06-2025, 12:18

Məşhur kompüter oyunu Rusiyada qadağan edildi

Məşhur kompüter oyunu Rusiyada qadağan edildi

Rusiyada "World of Tanks" ("Tanklar Dünyası") oyununun naşirinin fəaliyyəti qadağan edilib.

Loading.Az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.

Məlumata görə, Moskvanın Taqanski Rayon Məhkəməsi "World of Tanks" və "World of Ships" ("Gəmilər Dünyası") kompüter oyunlarının naşiri olan "Lesta" şirkətini ekstremist elan edib və onun fəaliyyətini qadağan edib. Hüquqi şəxsin əmlakı dövlət gəlirinə yönləndirilib. Qərar elan olunduğu andan qüvvəyə minib.

"Baş Prokurorluğun iddiası tam şəkildə təmin edilsin. "Lesta", "Lesta Games Agency" və "Lesta Games Moscow" şirkətlərinin fəaliyyəti qadağan edilsin. Bu hüquqi şəxslərin səhmlərinin 100 faizi Rusiya Federasiyasının gəlirlərinə çevrilsin", - deyə hakim Mixail Stroqonov qərarı səsləndirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
163 184 174 175 183 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.