ice berg

ice berg Moda.Dəb 6-06-2025, 14:00

Qara rəngdə olan geyimlər

Qara rəngdə olan geyimlər

Dünyanın aparıcı modelyerlərinin fikrincə, bu qışın əsas rəngləri tünd tonlardan ibarət olacaq. Təbii ki, qara rəng də buraya daxildir. Kim fikirləşirsə, qış darıxdırıcı və melonxolik keçəcək böyük səhv edir. 

 

Qara rəng geyimdə ən parlaq rəng hesab olunur. Kostymun formasından və tikildiyi parçadan asılı olaraq, bu rəng inanılmaz möcüzələr yarada bilər. Bəzi modelyerlərin fikrincə, obrazın formasına və əhval ruhiyyəsinə fakir vermək lazımdır. Qara rəngdə geyimi də buna əsasən seçmək lazımdır.qara rəng hər zaman dəbdədir

 

Qara rəngin əsas tendensiyalarından biri də aksessuarların və geyimin qara rəngdə olmasıdır. Tonu yumşaltmaq üçün modelyerlər, obrazın geniş metal kəmərlər, parıltılı düymələr və kürkdən biçilmiş parçayla bəzədilməsini tövsəyə edir. Qaranın ciddi rəng olmasına baxmayaraq, onun bir sıra üstün cəhətləri var.

 

Qara rəng

Hamıya yaraşır;

Vizula cəhətdən insanı qamətli göstərir;

Hər bir rənglə uyğunlaşır;

Bu rəng daha arıq göstərir;

 

Beləliklə bu rəng universaldır. 

 

Hansı parça növü seçirsən seç (atlas, məxmər və ya tül), bu rəngdə çox eleqant və zərif görünəcəksən. Qara rəng dəbdən heç vaxt düşməyəcək.

Hamı bilir ki, qara rəng digər rənglərlə asanlıqla uyğunlaşır. Qara şalvar və ya paltar parlaq rəngdə olan top köynəklərlə, ayaqqabılarla və ya aksessuarlarla çox gözəl ahəng yaradır.

 

Makiyaja gəldikdə isə tünd rəngli kölgələr və qələmlə çəkilmiş oxlara üstünlük verilir. Kirpiklərinizi mütləq boyayın. Dodaq boyasından istifadənin iki variantı mövcuddur. Günorta təbii rənglərə yaxın rənglərdən, axşam isə bir az parıltı və rəng əlavə olunmuş boyadan istifadə olunmalıdır. Son nöqtəni isə ətir vuraraq tamamlya bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
177 155 175 177 193 163

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.