ice berg

ice berg Kişilər 9-06-2025, 13:00

Kişilərin yol verdiyi dəb xətaları

Kişilərin yol verdiyi dəb xətaları

Uzun saqqal

Əziz kişilər, biz çox gözəl başa düşürük ki, üzü hər gün təraş etmək zəhlətökən prosesdir. Lakin bu fakt sizə saqqalınızı yerə qədər uzatmağa bəraət qazandırmır. Əgər dəblə ayaqlaşdığınızı və bununla qızların diqqətini çəkəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Uzun və çirkli saqqal qızların ancaq ürəyini bulandıra bilər.

 

Yuxarıda yığılmış toppuz

Bu barədə danışmağa dəyməz. Kişilər saçlarını toppuz yığmağa başlayan andan etibarən qızların gülüş hədəfi olub.

 

Dar cinslər

Həkimlər illərdir ki, dar cinslərin qızların sağlamlığı üçün təhlükəli olduğu barədə həyəcan siqnalı çalır. Bu, kişilərə də aiddir. Ümumiyyətlə, dar şalvar geyinən kişilər birmənalı qarşılanmır və onların oriyentasiyası şübhə altına düşür.

 

Loafer ayaqqabılar

Qızlar balağı qısaldılmış şalvarla loafer ayaqqabı geyinmiş kişi görəndə ağlına dərhal bu sual gəlir: “Bir insan niyə özünü bu vəziyyət salsın?” Şalvarla ayaqqabının arasında qalmış tüklü dəri xoş təsir bağışlamır. Odur ki, dar cinslər və loafer ayaqqabılarla vidalaşmağın vaxtıdır.

 

Kəpənək qalstuk 

Açığını desək, kəpənəklər smokinqlərlə daha xoş görünür. Bir vaxtlar dəb gündəmini zəbt etmiş kəpənək qalstuklar gündəlik geyimin əvəzolunmaz aksessuarı idi. Qeyd etməliyik ki, kəpənək qalstukların dövranı çoxdan ötüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
185 224 209 225 197 196

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.