ice berg

ice berg Avto Dünya 7-06-2025, 19:09

"Mazda" 170 mindən çox avtomobili geri çağırır

"Mazda" 170 mindən çox avtomobili geri çağırır

Yaponiyanın "Mazda" şirkəti ABŞ-da 171 min 200-dən çox avtomobili təhlükəsizlik yastıqları ilə bağlı potensial problem səbəbilə geri çağırır.

 

Loading.aZ xəbər verir ki, bu barədə ABŞ-ın Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin saytında məlumat verilib.

 

Söhbət 2024–2025-ci il istehsalı olan bəzi "CX-30" və "Mazda 3" modellərindən gedir. Bu avtomobillərdə quraşdırılmış təkmilləşdirilmiş təhlükəsizlik yastığı sensor modulları batareyanın zəif olması halında səhv siqnal verə və təhlükəsizlik yastıqlarını deaktiv edə bilər.


Nəticədə qəza zamanı təhlükəsizlik yastıqları işə düşməyə bilər.

 

Şirkət bildirir ki, dilərlər modulları ödənişsiz şəkildə yenidən proqramlaşdıracaq və ya zərurət olduqda onları dəyişəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
153 209 210 183 207 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.