AzizA

AzizA Sağlamlıq 10-06-2025, 21:30

Yaşlı insanlar üçün əvəzedilməz faydaları var

Yaşlı insanlar üçün əvəzedilməz faydaları var

Qaragilə "pis" xolesterini azaldır, beynin qan dövranını yaxşılaşdırır və yaşlılarda yaddaş və diqqət pozğunluqları riskini azaldır.

Bu barədə Vyana Universitetinin "Wiener Kinderstudien Lab" laboratoriyasının alimləri elan ediblər. Tədqiqatın nəticələri "Nutrition Research" jurnalında dərc edilib.

Araşdırmada 60 yaşdan yuxarı, azhərəkətli həyat tərzi keçirən 55 nəfər iştirak edib. Onlardan bir qrupu gündə iki dəfə qaragilə tozlu içki, digərləri isə plasebo qəbul edib.

İçkidəki qaragilə miqdarı təxminən 1.5 stəkan təzə meyvəyə bərabər olub.

Nəticələrə görə, qaragilə qəbul edənlərdə "pis" xolesterin (LDL) azalıb, "yaxşı" xolesterinlə (HDL) bağlı "ApoA-I" zülalının səviyyəsində isə müsbət dəyişiklik baş verib.

Həmçinin onların bağırsağında qaragilənin güclü antioksidantları olan antosiyaninləri parçalaya bilən faydalı bakteriyaların sayı artıb.

Alimlər bildiriblər ki, qaragilə həm də C və K vitaminləri, manqan və liflə zəngindir. Bu maddələr immuniteti gücləndirir, sümük sağlamlığını və həzm sistemini dəstəkləyir - bu da yaşlılıqda sağlam qalmaq üçün vacibdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
159 188 137 187 137 174

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.