AzizA

AzizA Heyvanlar aləmi 12-06-2025, 14:30

Dünyanın ən uzunömürlü balinası - 200 ildən çox yaşayır

Dünyanın ən uzunömürlü balinası - 200 ildən çox yaşayır

Qrenlandiya balinaları ("Balaena mysticetus") dünyanın ən uzunömürlü canlıları hesab olunur. Arktika sularında yaşayan bu nəhənglərin ömürləri 200 ildən çox davam edə bilər.

Bildirilir ki, onların uzun ömrünün sirri yavaş böyümə, gec çoxalma və yaşa bağlı xəstəliklərə qarşı təbii müqavimətdir.

Alimlər balinaların yaşını müəyyənləşdirmək üçün onların göz toxumalarını araşdırıblar. Bu üsulla bir balinanın hətta 211 il yaşadığı aşkarlanıb.

Qeyd edək ki, 20 metrə qədər uzunluğu və 7 metrlik ağzı olan Qrenlandiya balinaları planktonla qidalanır. Təbii düşmənlərinin azlığı onlara ləng həyat tərzi keçirməyə imkan verir. Dişilər 18-33 yaşda cinsi yetkinliyə çatır və hər 3-7 ildən bir bala doğur.

Uzun ömrünə baxmayaraq, keçmişdəki kütləvi ovçuluq bu balinaların sayını kəskin azaldıb. Hazırda onlar qoruma altındadır, lakin dəniz çirklənməsi və gəmiçilik populyasiyaya təhdid yaratmaqda davam edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
224 224 235 246 233 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.