ice berg

ice berg Programlar 26-06-2025, 10:00

“WhatsApp” yerinə hansı tətbiqlər tövsiyə olunur?

“WhatsApp” yerinə hansı tətbiqlər tövsiyə olunur?

ABŞ Nümayəndələr Palatası işçilərinin istifadə etdiyi cihazlarda "WhatsApp" qadağan olunub.

 

Loading.aZ xəbər verir ki, daxili bildirişdə işçilərə "WhatsApp"ı yükləməmək və varsa silmək tapşırılıb. Mobil, masaüstü və veb versiyalarında bu tətbiqdən istifadə qadağandır.

 

Palatanın Kibertəhlükəsizlik İdarəsinin hesabatında "WhatsApp" məlumatların qorunması baxımından zəif və yüksək riskli hesab olunur.

 

İşçilərə tanımadıqları nömrələrdən gələn mesajlara ehtiyatla yanaşmaq tövsiyə olunub. Alternativ olaraq, "Microsoft Teams", "Signal", "iMessage" və "FaceTime" kimi tətbiqlər məsləhət görülür.

 

Qeyd edək ki, palata son vaxtlar "DeepSeek", "ByteDance" və "Microsoft Copilot" tətbiqlərinə də məhdudiyyətlər qoyub, "ChatGPT"-dən isə yalnız ödənişli "Plus" versiyada istifadə icazəsi verilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 217 190 168 207 166

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.