ice berg

ice berg Programlar 27-06-2025, 22:00

"WhatsApp" yeni süni intellekt funksiyasını təqdim edib

"WhatsApp" yeni süni intellekt funksiyasını təqdim edib

"WhatsApp" "Android"də yeni "Yazı Yardımı" funksiyasını sınaqdan keçirir.

 

Loading.aZ xəbər verir ki, bu süni intellekt əsaslı xüsusiyyət mesajları redaktə edir, tonunu dəyişir (gülməli, peşəkar və s.), qrammatika və orfoqrafiyanı düzəldir.

 

Funksiya cihaz daxilində işləyir, məlumatlar serverə getmir. Yeni düymə emoji klaviaturası yanında yerləşir və istifadəçilərə avtomatik təkliflər verir.

 

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı məlum deyil.

 

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
242 197 233 199 215 210

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.