Səni sevmək özümə etdiyim ən böyük cəza oldu bəlkə də…
İndi səndən vaz keçməliyəm bəlkə də…
Səni düşündükcə içimdə dağ kimi böyüyən susqunluğa boğuluram.
Səni sevmək özümə etdiyim ən böyük cəza oldu bəlkə də…
Qaldığın hər xatirədə, getmədiyin hər yolda, danışmadığın hər sükutda parçalandım.
Səni sevib sənsiz qalmaq, hər gün biraz daha az yaşamaq kimidi…
Amma indi susuram…
Çünki birinin getmək istədiyi yerdə qalmaq dirənmək deyil, özünü yavaş-yavaş yox etməkdir.
Bəlkə də mən səndən vaz keçmirəm, sadəcə özümü seçirəm…
Gec də olsa anlayıram: sənə yox, özümə dəyər verməliydim.
Səni qazanmaq uğruna özümü itirdimsə, bu sevgidə qalmaq artıq bir zəfər deyil, məğlubiyyətdi…







