ice berg

ice berg İslam Dini 9-07-2025, 19:00

Niyə “Tövbə” surəsinin əvvəlində “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi yoxdur?

Niyə “Tövbə” surəsinin əvvəlində “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi yoxdur?

 Məlum olduğu kimi, Quranın bütün surələri “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi ilə başlayır, təkcə “Tövbə” surəsinin əvvəlində bu ayə yoxdur. Bunu iki səbəblə bağlayırlar. Birincisi, bəzi rəvayətlərə görə, “Tövbə” özündən əvvəlki “Ənfal” surəsi ilə birlikdə bir surə sayılır. Hər iki surədə müştərək mövzular çoxdur, surələrin ruhu da bir-biri ilə digər surələrdən daha artıq dərəcədə səsləşir. Ona görə “Ənfal” surəsinin başlanğıcında “Bismillah” ayəsinin deyilməsi “Tövbə” surəsi üçün də kifayət edir. İkinci nəzəriyyəyə görə, “Tövbə” surəsi Allahın günahkarlara qarşı narazılıq və əzab vədəsi ilə başlayır: “Bu, Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə (onlarla olan əhdlərinin pozulması, əlaqələ­rin kəsilməsi barədə) bir xəbərdarlıqdır!” Buna görə Allah bu surənin əvvəlində Özünün mərhəmətini xatırlatmağı lazım bilməyib. Çünki “Rəhman” və “Rəhim” adlarını söyləmək bu surənin ilk ayələrinin məna gücü və mesajı ilə uyğun gəlməzdi.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
283 266 245 279 215 288

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.