ice berg

ice berg Məşhurlar 20-07-2025, 08:00

Tanınımış aparıcı AzTV-dən ayrıldı

Tanınımış aparıcı AzTV-dən ayrıldı

Tanınımış aparıcı AzTV-dən ayrıldı

Tanınmış aparıcı Şəhriyar Əbilov uzun illər çalışdığı Azərbaycan Dövlət Televiziyasından (AzTV) ayrıldığını açıqlayıb.

 

Loading.aZ xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.

 

"Uzun illərdir ki, Azərbaycan Dövlət Televiziyasında çalışırdım. Bu illər ərzində bir-birindən dəyərli və yadda qalan layihələrə imza atdım. Bu televiziya mənim üçün sadəcə bir iş yeri yox, həm də dostlar qazandığım, gözəl insanlarla tanış olduğum, böyük bir ailəyə çevrilmiş bir mühit oldu.


Ancaq hər bir başlanğıcın bir sonu olduğu kimi, bu yolun da sonuna gəlib çatdım. Bu gündən etibarən Azərbaycan Dövlət Televiziyası ilə yollarımı ayırıram. Bu vaxtda qədər mənimlə çiyin-çiyinə çalışan rəhbərliyə və bütün kollektivi ürəkdən təşəkkür edirəm - göstərilən münasibət, verilən dəyər və dostyana davranış üçün minnətdaram.

 

Həyat davam edir. Qarşıda yeni kanallar, yeni layihələr və yeni başlanğıclar məni gözləyir. Hər kəsə uğurlar arzulayıram. Haqqınızı halal edin - mən də öz haqqımı halal edirəm".

 

Qeyd edək ki, Ş.Əbilov son olaraq "Düşən pullar" verilişinin aparıcısı olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
189 185 196 205 183 203

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.