ice berg

ice berg Sağlamlıq 20-07-2025, 14:00

Kimlər günvurmaya məruz qalır?

Kimlər günvurmaya məruz qalır?

İsti yay günlərində insanlara günün müəyyən saatlarında çöldə olmamaq tövsiyyə olunur. 

 

Əks halda günvurmadan əziyyət çəkə bilərlər. 

 

Həkim Pərvanə Mustafayeva deyib ki, insanların saat 12:00-dan 17:-00-dək havaya çıxması təhlükəlidir, çünki , məhz bu saatlarda günvurma ehtimalı daha yüksək olur: 

 

“Bu saatda dənizə də girmək düzgün deyil. Həmin saatlarda dənizə girən insanlar günvurma ilə üzləşə bilərlər. Havaların kəksin isti keçməsi nəticəsində bədəndə mayenin səviyyəsi aşağı düşdükcə tərləmə dayanır və bədən özünü effektiv soyuda bilmir. Bədənin hərarəti tezliklə elə bir həddə çatır ki, beyin və digər vacib orqanlar, məsələn, ürək və böyrəklər öz fəaliyyət qabiliyyətlərini itirməyə başlayır. Nəticədə günvurma yaranır. Bəzən günvurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti paltarda səylə işləmək və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə vaxt keçirmək də kifayət edir.Günvurma zamanı başgicəllənməsi olur. Günvurma zamanı ürəkbulanması, qusma, başağrısı, başgicəllənməsi baş verir. Günvurmanın təsirinə daha çox artıq bədən çəkisi olanlar, yaşlı insanlar, uşaqlar, körpələr, günün isti vaxtında açıq havada qalanlar, o cümlədən həddən artıq fiziki işlə məşğul olanlar, spirtli içki, yuxu dərmanı qəbul edənlər məruz qalır. Gün vuranı şəxsin ilk növbədə bədəni sərin su ilə isladılmış bezlə silinməli, buz kompresi tətbiq edilməlidir. Əlamətlər ciddi və ağırdırsa, dərhal həkimə müraciət edilməlidir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
145 161 149 160 166 192

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.