ice berg

ice berg Avto Dünya 20-07-2025, 18:00

Ekspert 2025-ci ilin ən etibarlı istifadə olunmuş avtomobilini açıqladı

Ekspert 2025-ci ilin ən etibarlı istifadə olunmuş avtomobilini açıqladı

İkinci əl avtomobil bazarında uzun illər ciddi nasazlıqlar olmadan xidmət göstərə bilən çox etibarlı modellər tapmaq mümkündür. Üstəlik, bu avtomobillər kifayət qədər büdcəyə uyğun ola bilər. 

 

Loading.aZ xəbər verir ki, bu barədə "Express" nəşri yazır.

 

Şinlər üzrə menecer və avtomobil eksperti Nyo Loqan jurnalistlərlə söhbətində bir çox məsafələri rahatlıqla qət edə biləcək və münasib qiymətə əldə oluna bilən çox etibarlı istifadə olunmuş avtomobil haqqında danışıb.

 

"Blackcircles" şirkətinin Böyük Britaniyada keçirdiyi araşdırmaya əsasən, ikinci əl avtomobillər arasında etibarlılıq baxımından lider "Suzuki Ignis" adlı kompakt krossover olub. Ekspertin sözlərinə görə, bu modeli sərfəli qiymətə almaq mümkündür.

 

"Bu kiçik avtomobil həm şəhər, həm də şəhərkənarı səfərlər üçün əlverişlidir, üstəlik tam ötürücülü versiyası da mövcuddur", deyə Loqan qeyd edib.

 

Araşdırmada ikinci və üçüncü yerləri müvafiq olaraq "Lexus UX" və "Porsche Macan" modelləri tutub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
199 227 213 208 194 252

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.