HASANLY

HASANLY Məşhurlar 17-07-2025, 12:38

Beyonsenin konsertində izdiham: Xəsarət alanlar var

Beyonsenin konsertində izdiham: Xəsarət alanlar var

Məşhur müğənni Beyonsenin konsertindən sonra ABŞ-nin Atlanta ştatının Vayn-Siti rayonundakı metro stansiyasında izdiham yaranıb.

Loading.Az-ın xəbərinə görə, bu barədə "Atlanta News First" telekanalı şəhər metropoliteninə istinadən məlumat verib.

Məlumata görə, izdiham nəticəsində 9 nəfər yaralanıb.

"Atlanta metropoliteninin məlumatına görə, sərnişinlərdən biri qışqırmağa və qaçmağa başlayıb ki, bu da eskalatorda basabas yaradıb. Eskalator sürəti artırıb və qəfil dayanıb", - deyə telekanal bildirib.

Hadisə şahidi olan qadının sözlərinə görə, insanlar təşvişə düşərək qaçmağa başlayıblar. Eskalator dayandığı anda bir neçə nəfər yıxılıb. Qadın əlavə edib ki, o özü də müvazinətini saxlaya bilməyib və üst-üstə yıxılan təxminən 20 nəfərlik qrupun içində düşüb.

Səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisələrinə çatdırılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
206 200 189 223 270 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.