ice berg

ice berg Programlar 23-07-2025, 16:00

"Whatsapp"da yenilik

"Whatsapp"da yenilik

Vatsap "Android" sistemində istifadəçiləri üçün yeni funksiya təqdim edib.

 

Loading.aZ xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

 

Belə ki, messencerin beta versiyasında yazışmaların xülasəsini yaratmaq üçün nəzərdə tutulmuş "Quick Recap" adlı yeni funksiya hazırlanıb.

 

Bu funksiya istifadəçilərə uzun dialoqlar arasında buraxılmış mesajların mahiyyəti ilə tez tanış olmağa imkan verəcək.

 

Söhbətlər lövhəsində yerləşən yeni düymə vasitəsilə beşə qədər dialoq seçmək və onların qısa xülasəsini əldə etmək mümkün olacaq. 

 

Belə ki, Süni intellekt (AI) oxunmamış mesajları təhlil edəcək və onları qısa xülasə şəklində göstərəck ki, bu da istifadəçilərin vaxtına xeyli qənaət edəcək.

 

İstifadəçi funksiyanı istifadə etmək üçün proqram parametrlərində aktivləşdirməlidir.

 

Hazırda funksiya inkişaf mərhələsindədir və gələcəkdə bütün istifadəçilər üçün əlçatan olacaq. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
206 252 204 236 208 225

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.