ice berg

ice berg Məşhurlar 23-07-2025, 18:00

Serdar Ortaç mirasını kimə verəcəyini AÇIQLADI

Serdar Ortaç mirasını kimə verəcəyini AÇIQLADI

MS (Multipl Skleroz) xəstəliyi ilə uzun illərdir mübarizə aparan Serdar Ortaç, Harbiye konsertində “Yenidən yeriyə bilirəm, hətta velosiped sürürəm” sözləri ilə ümid vermişdi. Ancaq bu yaxınlarda verdiyi açıqlamada “Ömrüm ya 10-15 il qalıb, ya da heç... Onsuz da nə övladım var, nə də ailəm” deyərək yenidən bədbin və kədərli bir tablo yaradıb.

 

Loading.aZ Türkiyə mediasına istinadən bildirir ki, əlində qalan tək evini işçilərinə miras buraxdığını bildirən sənətçi həm tənha olduğunu, həm də mənəvi cəhətdən çox yorulduğunu açıq şəkildə söyləyib.

 

Daha əvvəl illər öncəki külli miqdarda qumar borclarını ödədiyini bildirən Serdar Ortaç, əlində yalnız boğaza baxan səkkiz otaqlı, 750 kvadratmetrlik villa olduğunu bildirib.


O, bu villanı işçiləri arasında bölüşdürməyi planlaşdırdığını belə izah edib: "Mənim də pulum azdır. Mirasımı işçilərimə qoyub getmişəm. Evim var, bölüşsünlər. Nə övladım var, nə sərvətim var, təkcə işçilərim var. İstəyirəm ki, evim onların olsun, nə qədər vaxtım qalıb, bilmirəm".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
201 183 237 136 187 184

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.