ice berg

ice berg Avto Dünya 24-07-2025, 10:00

“Mersedes” 223 min maşınını geri çağırır

“Mersedes” 223 min maşınını geri çağırır

“Mersedes-Benz” şirkəti 2002-ci ilin dekabrından 2006-cı ilin fevralınadək istehsal olunmuş “Viano” və “Vito” model 223 min avtomobili texniki nasazlığa görə geri çağırır. Həmin avtomobillərin 60 mindən çoxu Almaniyadadır.

 

Loading.aZ “Spiegel” qəzetinə istinadla xəbər verir ki, buna səbəb həmin avtomobillərin hava yastığı sistemində qüsurun olmasıdır. Belə ki, “airbag” açıldığı zaman metal parçaların qopması səbəbilə xəsarət riskinin mövcud olduğu aşkar edilib.

 

Şirkət müştərilərin geriçağırılma barədə yazılı şəkildə məlumatlandırılacağını bildirib. Problemin aradan qaldırılması üçün “Mersedes-Benz”in xidmət mərkəzləri müvafiq avtomobillərdə hava yastığını yoxlayacaq və lazım gələrsə dəyişəcək. Təmir prosesi təxminən bir saat çəkəcək və avtomobil sahibləri üçün ödənişsiz olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
265 243 231 278 230 277

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.