AzizA

AzizA Ana və uşaq 30-07-2025, 11:30

Uşaqlarda diş çıxarma dövrü necə keçir?

Uşaqlarda diş çıxarma dövrü necə keçir?

Diş çıxarma prosesi hər bir körpənin böyümə və inkişaf yolunda keçdiyi təbii və labüd bir mərhələdir.

Adətən 4-8 ay arasında başlayan bu proses uşağın süd dişlərinin çıxması ilə yanaşı bir sıra fiziki və psixoloji dəyişikliklərlə müşayiət olunur.

Pediatr Mətanət Əliyeva deyib ki, bu mərhələdə uşaqlar daha çox narahatlıq keçirə bilər, immun sistemi zəifləyə bilər və bəzən ortaya çıxan əlamətlər digər xəstəliklərlə səhv salına bilər:

“Məhz bu səbəbdən, valideynlərin bu prosesi dərindən anlaması və diqqət etməli olduğu məqamları bilməsi çox vacibdir. Uşaqlarda diş çıxarma dövrü adətən 4-8 ay arasında başlayır və 2.5-3 yaşa qədər davam edir. Bu mərhələdə süd dişlərinin çıxması bioloji inkişafın təbii hissəsidir və ilk olaraq alt ön kəsici dişlər görünür. Uşaqlarda diş çıxarma dövrü zamanı diş ətlərində yaranan təzyiq və qaşınma hissi nəticəsində körpələr hər şeyi ağızlarına aparmaq istəyirlər. Bu instinktiv davranış uşaqlarda inkişaf mərhələləri üçün normal sayılır və onların ətraf mühiti tanıma forması ilə də əlaqəlidir. Valideynlər bu ehtiyacı təhlükəsiz şəkildə qarşılamaq üçün uyğun vasitələr seçməlidir. Dişləmə ehtiyacı yalnız narahatlığı azaltmaq üçün deyil, həm də ağız əzələlərinin inkişafı baxımından əhəmiyyətlidir”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
246 211 190 224 253 193

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.