1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra, SSRİ dövründə məcbur qəbul edilmiş qərarların yenidən baxıldı. Belə qərarlardan biri əlifba ilə bağlı oldu. 1939-cu ildə Sovet İttifaqı rəhbərliyi ilə Azərbaycanda latın qrafikalı əlifbadan kiril qrafikalı əlifbaya keçilmişdi. Müstəqillik əldə edəndən sonra yenidən latın qrafikası əlifbaya keçilməsi təklifi irəli sürüldü. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı *Azərbaycan əlifbasına* keçid başa çatdırıldı. *2001-ci il avqustun 1-də bütün respublika ərazisində kiril qrafikalı əlifbanın tətbiqi dayandırıldı.* Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da avqustun 1-inin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzaladı
Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. 1995-ci il Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur(maddə 21).







