Özünü yorğun hiss edən bunu oxusun
- Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər.
- Loading.az xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi, dırnaq qırılması, başgicəllənməsi varsa, həkimə müraciət etməniz məsləhətdir.
- Əsasən A və B qrup vitaminləri, dəmir çatışmazlığında bu hallar baş verir. Bəs, bunu necə aradan qaldırmaq olar?
- Günlük menyununuzda təzə və mövsümi meyvə-tərəvəzlərə üstünlük verin.
- Bundan əlavə yumurta, mal əti, spanaq, paxlalı bitkilər, bəkməz dəmirlə zəngin olduğundan müalicədə köməkçi vasitə kimi istifadə edilə bilər.






